Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda 28 May Respublika Gününə həsr edilmiş tədbir keçirildi.

27 may 2015 | 10:00

27.05 2015-ci il tarixdə Ağcabədi rayon Pedoqoji Kollecində 28 May Respublika Gününə həsr edilmiş “Şərqin ilk parlamentli Demokratik Respublikası” mövzusunda tədbir keçirildi.  Tədbirdə çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını tarixi keçmişimizin şanlı səhifələrindən biri kimi səciyyələndirdilər. Natiqlər eyni zamanda 70 ildən sonra müstəqilliyini bərpa edən Azərbaycan Respublikasının da bu gün regional miqyasda və beynəlxalq aləmdə öz sözünü deyə bilən ölkə olduğunu diqqətə çatdırdılar. Öz əməlləri, xidmətləri ilə gerçək bir tarix yaradan və hamımızın qəlbində xüsusi yeri olan əbədiyaşar liderimiz Heydər Əliyevin xidmətlərinin, fədakar əməyinin bəhrəsi olaraq bu gün müstəqil Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin taleyini yaşamadığını və müstəqillik yolunda dönmədən irəlilədiyini bildirdilər.
Tədbir konsert proqramı ilə davam etdirildi.

Keçidlər