Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda “Son Zəng” tədbirləri qeyd edildi

29 may 2015 | 10:00

Ənənvi olaraq «Son zəng» tədbirləri Ağcabədi  rayonunun bütün  orta məktəbində təntənəli şəkildə qeyd olunmuşdur. Tədbirlərin keçirilməsi üçün məktəb kollektivləri tərəfindən böyük hazırlıq işləri aparılmış, son zəng bayramının yüksək səviyyədə, butun məzunların və iştirakçıların uzun illər ərzində yadında qalan bir əlamətdar hadisəyə çevrilməsi üçün əllərindən gələni etmişlər. İlk növbədə  Ağcabədi rayon  Heydər Əliyev meydanında rayon İcra Hakimiyyətinin qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin möhtəşəm abidəsinin  önündə gülqoyma mərasimi  olmuşdur. Məzunlar gülqoyma mərasimi keçirməklə, Ümummilli Liderimiz Heydər Əliyevin əziz xatirəsinə ehtiramlarını bildirmişlər.

Keçidlər