Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə “Kitab bayramı “qeyd edildi

27 may 2015 | 10:00

27 may 2015-ci il tarixdə  rayon Mədəniyyət evində  Mərkəzi Kitabxananın təşkil etdiyi “Kitab bayramı “keçirilmişdir. Kitab bayramında 2500- dən çox müxtəlif mövzuları əhatə edən kitabların sərgisi, eyni  zamanda əl işlərindən ibarət sərgi, 2015-ci il Avropa oyunlarını əks etdirən foto-stendlər nümayiş etdirilmişdir.

Tədbiri Ağcabədi Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru İradə Allahverdiyeva açaraq qonaqları salamladı. Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Tədbirin aparıcısı MKS-nin direktor müavini T.Məmmədova “Müasir cəmiyyətdə kitabxanaların rolu haqqında” çıxış etdi.

Tədbirdə rayon İcra Hakimiyyəti başçısının Humanitar Məsələlər üzrə müavini Naibə Musatafayeva, Mədəniyyət və Turizm şöbəsinin müdiri Rza Quliyev , MTN-nın əməkdaşı Xəqani Xəmmədov, N saylı hərbi hissənin nümayəndəsi palkovnik leytinant  Abdullayev, Köçərli adına Uşaq kitabxanasının əməkdaşları Zahirə Dadaşova, Sevil Əhmədova, Günərzi Qayğı Mərkəzinin direktoru Aytən xanım, 5 saylı Körpələr evinin müdiri şərafət Hüseynova, şair Gündüz Sevindik və başqaları çıxış etdilər.

Çıxış edənlər bütün kitabsevərləri bayram münasibəti ilə təbrik etdilər və bildirdilər ki, kitab bizi bütün elmlərdən agah edən bilik xəzinəsidir.Bu xəzinənin parıltısı süni daş – qaş deyil, insanları cəhalətdən uzaqlaşdıran, doğru yol göstərən və mənəvi cəhətdən təmizləyən, qazanılan biliklərdir. Bununla yanaşı,tədbirdə çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin zəngin həyatı, dövlətçiliyimizin qurulması istiqamətində fəaliyyəti haqqında və milli – mənəvi dəyərlərimizin, tariximizin qorunmasında sonsuz xidmətlərindən bəhs etmişdilər.

Muğam Mərkəzinin mahnı və rəqs ansambılı, həmçinin şəhər 5 saylı uşaq baxçasınınvə Günərzi Qayğı Mərkəzinin körpə fidanlarının hazırladığı rəqslər və "Nağıl qəhrəmanları" adlı kompozisiya nümayiş etdirilmişdir. Ədəbi – bədii konsert proqramı kitab bayramının sonuna qədər davam etdirilmişdir. Tədbirdə rayon ictimaiyyəti , ziyalılar, idarə və müəssisə rəhbərləri iştirak etmişdir. Tədbir musiqi sədaları altında  başa çatdırılmışdır.

Keçidlər