Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonu ərazisindəki “N” saylı hərbi hissədə bayram tədbiri keçirilib.

27 may 2015 | 10:00

27 may 2015-ci il tarixdə saat 10-00-da “28 May – Respublika Günü” münasibətilə Ağcabədi rayonu ərazisindəki “N” saylı hərbi hissədə bayram tədbiri keçirilib. Tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin işçisi,Feyruz Zamanov çıxış edərək, düşmənlə ön cəbhədə üz-üzə dayanan əsgərləri bayram günü münasibətilə təbrik edərək, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulayıb. Ölkəmizdə ordu quruculuğu sahəsindəki uğurlardan, gənclərə göstərilən dövlət qayğısından bəhs edib. Bildirib ki, Azərbaycanda gənclər siyasəti həmişə dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutub. Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib.
Tədbirdə rayon mədəniyyət evinin musiqi kollektivi rəngarəng konsert proqramları ilə çıxış edib. Əsgərlər özfəaliyyət kollektivinin üzvləri ilə birlikdə mahnı oxuyub, rəqs edib, bacarıqlarını nümayiş etdiriblər.

Keçidlər