Şriftin ölçüsü :

Saytın rəngi :

“Şən Startlar” əyləncəli idman tədbiri keçirilmişdir.

26 may 2015 | 10:00

26 may 2015-ci il tarixdə Ağcabədi rayon Xocavənd 1 saylı tam orta məktəbin zalında rayon Təhsil şöbəsinin, Gənclər və İdman idarəsinin YAP Ağcabədi rayon təşkilatının, Heydər Əliyev Mərkəzinin birgə təşkil etdikləri “Şən Startlar” əyləncəli idman tədbiri keçirilmişdir.
        “Şən Startlar” əyləncəli idman tədbirində Avşar 3 saylı tam orta məktəbin komandası I yerə, Avşar 1 saylı tam orta məktəbin komandası II yerə, Salmanbəyli kənd tam orta məktəbin və Xocavənd 1 saylı tam orta məktəbin komandası III yerə layiq görülmüşlər.
       Tədbirdə rayon İcra Hakimiyyətinin məsul işçisi Hikmət Aslanov, Gənclər və İdman idarəsinin rəis müavini Eldəniz Qənbərov, YAP rayon təşkilatının təlimatçısı Ramil Nağıyev və rayon Təhsil şöbəsinin məsul işçisi Feruz Rəfiyev iştirak etmişlər.

Keçidlər