Azərbaycan həqiqətləri dünyaya yayılmalıdır.!!!!
23 may 2015-ci il tarixində saat 12-00 da Ağcabədi rayon Boyad kəndi Məhəmməd Füzuli adına kitabxanda RİH-nin təşkilati dəstəyi ilə “Ermənilərin Qarabağda tarixi, mədəni abidələrimizi məhv etmələri və törətdikləri soyqırımlar haqqında həqiqətlərin Avropa ictimaiyyətinə çatdırılması” adlı tədbir keçirilmişdir. Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyəti nümayəndəlri, Ağcabədi rayon Təhsil və Mədəniyyət idarələrinin rəhbərləri. Millət Vəkili Aqil Abbas, Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrinin Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmaylov, Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızı, Yazıçılar İttifaqının üzvü, şair Ənvər Əhməd, Tarixçi toponimçi, alim Nazim Vəlişov, tarixçi etnoqraf Ramazan Hüseynov və yerli əhali iştirak etmişdirlər.
Şura tərəfindən maliyyələşdirilən adlı layihənin icrası üçün tədbir
Layihənin məqsədi Azərbaycanın ərazi bütövlüyünə xidmət etməkdir. Çap edilən bütün materiallarda Qarabağ müharibəsi zamanı erməni vəhşiliyini, Ermənistan dövlətinin Qərbi Azərbaycan torpaqlarında yaradılmasını, Erməni ailələrinin nə zaman Azərbaycan ərazisinə köçürülməsini əks etdirən tarixi faktların əks edilməsi nəzərdə tutulur.
Azərbaycan torpaqları üçün bundan sonra da daimi təhlükə mənbəyi olan, əqidələri Rusiya tərəfindən zəhərlənmiş ermənilərlə qonşuluğumuz bizim üçün nəsildən, nəsilə keçəcək taleyin acı qismətidir. Qədim Azərbaycan torpağı olan Qarabağın uzaq və yaxın tarixi, bu günü ilə bağlı həqiqətlərin dünyanın bütün ölkələrinə çatdırılması çox əhəmiyyətlidir. Qarabağın işğalı, Xocalı soyqırımı, Quba rayonunda tapılan kütləvi məzarlıq, Qarabağın Pənah xan dövründən əvvəldə çox şərəfli tarixi olduğunu insanlar bilməlidirlər. Qarabağda 7000 il yaşı olan türklük tarixində, 5000 il dövlətçilik tarixi olan Azərbaycan dövlətinin heç vaxt ermənilərə məxsus olmadığı açıqlanmalıdır. Ermənilərin Azərbaycan ərazisində məskunlaşması tarixi onların iddia etdiyi kimi çox qədim tarix deyil. Dünya muzeylərini incisi sayılan Azərbaycan xalçaları, dünya abidələrinin möhtəşəm nümunələri olan tarxi abidələr Azərbaycan tarixinin dərin köklərinin olmasına sübutdur.