Şriftin ölçüsü :

Saytın rəngi :

Anti Azərbaycan siyasətinə qarşı Ağcabədi rayon gəncləri arasında YAP Ağcabədi Rayon Təşkilatı Gənclər Birliyinin üzvləri tərəfindən təbliğat və maarifləndirmə tədbirlərinə start verilmişdir

26 may 2015 | 10:00

Yeni Azərbaycan Partiyası Ağcabədi Rayon Təşkilatının Azərbaycan Respublikasında keçiriləcək ilk Avropa oyunlarına qarşı yeridilən anti Azərbaycan siyasətinə qarşı  Ağcabədi rayon gəncləri arasında YAP Ağcabədi Rayon Təşkilatı Gənclər Birliyinin üzvləri tərəfindən təbliğat və maarifləndirmə tədbirlərinə start verilmişdir. Bu maarifləndirmə tədbirləri ilə əlaqəli olaraq ilk iclas Ağcabədi rayon Pedoqoji kollecində keçirilimişdir.
       Həmin tədbirdə YAP-Ağcabədi Rayon Təşkilatının Baş Təlimatçısı və Gənclər Birliyinin sədri Elnur Quliyev,YAP- Ağcabədi rayon təşkilatının baş təlimatçısı Ramil Nağıyev,YAP-Ağcabədi rayon Təşkilatı Gənclər Birliyinin idarə heyyətinin üzvləri Ülkər Balakişiyeva,Azadə Süleymanova və Emin Süleymanov iştirak etdilər.Tədbirdə Pedoqoji kollecin Direktoru  Mirələm İbrahimov  və Rövşən Bayramov da iştirak edirdilər.
       Tədbirdə ilk olaraq Ramil Nağıyev çıxış edərək Azərbaycan Respublikasında keçiriləcək  ilk avropa oyunları barədə ətraflı məlumat vermişdir.Daha sonra isə Elnur Quliyevin tələbələrlə anti Azərbaycan siyasətinə qarşı necə təbliğat işləri görülməsi mövzusunda diskusiyası olmuşdur.Diskusiya zamanı tələbələr də bu barədə öz fikirlərini bildirmişdilər. Ülkər Balakişiyeva isə çıxışında  gəncləri bu sahələrdə yenilikci olmağa, yeni fikirlərlə təbliğat işləri aparmağa dəvət etmişdir.

Keçidlər