Şriftin ölçüsü :

Saytın rəngi :

Ali məktəblərə qəbul imtahanı ərəfəsində Ağcabədi rayonunda abituriyentlərlə psixoloq Hüseyn Xəlilovun görüşü olmuşdur.

24 may 2015 | 10:00

24.05.2015 – ci il tarixində - Ali  məktəblərə  qəbul  imtahanı  ərəfəsində  Ağcabədi  rayonu  Yaqub  Məmmədov  adına  Mədəniyyət  Evində  abituriyentlərlə  psixoloq  Hüseyn  Xəlilovun  görüşü  olmuşdur.  Tələskənlik , qorxu , inamsızlıq, stress, həyəcan  və s.  kimi  məqamlara   toxunuldu. TQDK – nın  sınaq  imtahanlarından  sonra  abituriyentlərdə  yaranan  problemlərin  aradan  qaldırılması  üçün  psixoloji  dəstək  verildi .Görüşdə  Hüseyn  Xəlilov   bütün   bu  çatışmazlıqlara  aydınlıq  gətirdi  və  doğru  məsləhətlər    verdi.Sonda   psixoloq  abituriyentləri  maraqlandıran  suallara  aydınlıq  gətirdi. Tədbirdə  natiqlə  yanaşı   dosent  Natiq  Paşa , Hacettepe   universitetinin  məzunu, dilçi  Əkbər  Aslansoy , Dillər  məktəbinin  dosenti   Cəlil  Ərdəm , Rayon  Təhsil  Şöbə müdirinin  müavini  Əfrasiyab  Məmmədov  və  “Yeni Abituriyent” universitetlərə  hazırlıq  kursunun  direktoru   Şöyüb  Səfərov  iştirak  edib.Çıxış  edənlər  bütün  abituriyentlərə  uğurlar  arzuladı  və  tədbir  iştirakçılarına  dəftərçə  paylandı.

Keçidlər