Şriftin ölçüsü :

Saytın rəngi :

18 May Beynəlxalq Muzeylər Günü Ağcabədidə qeyd edildi

18 may 2015 | 10:00

Hər il mayın 18-ni dünya mədəni ictimaiyyəti Beynəlxalq Muzey Günü kimi qeyd edir. Bu gün 1977-ci ildə Beynəlxalq Muzeylər Şurasının 11-ci konfransında Sovet nümayəndə heyətinin təklifi ilə təsis olunmuşdur. 1978-ci ildən etibarən bu bayram hər il 150-dən çox ölkədə qeyd olunur. Həmin gün Rusiyanın bütün muzeylərində "açıq qapı" elan olunur. Bütün arzu edənlər pulsuz olaraq sərgi və ekspozisiyalara tamaşa edirlər.
Bu üzdən də Ağcabədi Tarix- Diyarşünaslıq muzeyində Beynəlxalq Muzey Günü ilə  bağlı tədbir kecirlimişdir. Tədbir 2 hissədən ibarət olmuşdur. Rəsmi və bəddi hissəsi. Tədibiri muzeyin direktoru  Nərminə Əkbərova acıq elan etdikdən sonra, Azərbaycanın himni səsləndirildi.  Daha sonra Azərbaycan Abidələiri ilə bağlı filim  nümayiş etdirildi və Ağcabədi rayon Mədəniyyət və Turizm şəbəsinin müdiri R. Quliyev cıxış edərək muzey işcilərini təbrik etmişdir. Tədbirdə bir sıra qonaqlarla yanaşı Ağcabədi rayon İcra Hakimiyyətinin Humanitar Məsələlər üzrə şöbəsinin  baş məsləhətçisi Feyruz Zamanov da iştirak etmişdir. Tədbirin bədi hissəsində  Rayon İncəsənət məktəbinin rəqs qrupu və rayon Qarabağ Muğam Mərkəzinin şagirdlərinin ifaları səslənmişdir. Tədbirin sonunda kənd  məktəbliləri  arasında Kəndimiz- tariximiz başlığı altında müsabiqə keçirilmişdir. Müsabiqənin məqsədi məktəblilər arasında Ağcabədi  tarixinin bütün dövrlərinə aid maddi və mənəvi mədəniyyət abidələrinin toplanılması, öyrənilməsi, nümayişi və təbliğidir. Müsabiqədə Muğanlı kənd tam orta məktəbin şagirdiləri 1-ci yerə, Salmanbəyli kənd tam orta məktəbin, şagirdləri 2-ci yerə və Təzəkənd kənd tam orta məktəbin şagirdləri 3-cü yerə layiq görülmüşlərdir. Qaliblər Fəxri Fərmanla mükafatlandırılmışdır.

Keçidlər