Şriftin ölçüsü :

Saytın rəngi :

15 may “Beynəlxalq Ailə Günü” münasibətilə Şəmkir rayonunda keçirilən tədbirdə həmyerlimiz fərqlənənlərdən oldu.

15 may 2015 | 10:00

Dünya miqyasında bütün insanların diqqətinin ailə problemlərinin həllinə yönəldiyi “Beynəlxalq Ailə Günü” 1994-cü ildən başlayaraq qeyd olunur. Ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin ailə həyatına hazırlığı, milli azlıqları təmsil edən ailələrin adət-ənənələrinin nümayişi, ailədə sülh və dözümlülük  mədəniyyətinin, sağlam həyat tərzinin, nümunəvi çoxuşaqlı ailələrin, sağlamlıq imkanları məhdud olan insanların cəmiyyətə inteqrasiyasının təbliği məqsədi ilə Komitə tərəfindən mütəmadi olaraq hər il may ayının 15-i  (BMT-nin Baş Assambleyasının 20 sentyabr 1993-cü il qətnaməsinə müvafiq olaraq) kimi qeyd olunur. Ailə Bayramı xalqımızın ən sevimli bayramlarından birinə çevrilib. Azərbaycan 2008-ci ildən bu ənənəyə qoşulub. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Ailə Bayramı hər il müxtəlif bölgələrdə təşkil olunur. Beynəlxalq Ailə Günü  ərəfəsində regionlarda nümunəvi ailələr müəyyənləşdirilir. Hər il Ailə bayramında Azərbaycanın bütün rayonlarından 100-dən çox ailə iştirak edir. Bu ilki bayram isə Şəmkir rayonunda qeyd olundu. Ənənə halını almış bayramda müxtəlif nominasiyalar üzrə (“bacarıqlı əllər”, “milli mətbəx”, “yaradıcı ailə”, “nümunəvi ailə”) şəhər və rayonlardan seçilmiş ailələr iştirak etdi.Ağcabədi rayonunu təmsil edən İsayevlər ailəsi seçilənlərdən olub.Diplom və hədiyyə ilə təltif olunublar.

Keçidlər