Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi şagirdləri arasında Ekaloji maarifləndirmə işləri aparılır.

12 may 2015 | 10:00

12 may 2015-ci il tarixində Ağcabədi rayon Cəfərbəyi və Ağabəyli kənd tam orta məktəblərində Ekaloji maarifləndirmə təlimləri təşkil edilmişdir.
Müasir dövrümüzdə təbiətin mühafizəsi qlobal və ümumi bəşər problem olmaqla bütün dünya xalqlarını düşündürür. Ətraf mühütün qorunması hər bir insanın mənəvi borcudur. Ekalogiya yer üzərində həyatın davamı və inkişafı ücün vacib olan bir istiqamətdir. Ekaloji tərbiyə insanlara təbiətdən istifadə etmək işində məsuliyyət hissi aşılayır. Uşaqlar hələ erkən yaşlarından təbiətin taleyi haqqında düşünməyi bacarmalı və ətraf mühitin qorunmasında fəal iştirak etməlidirlər.Məhz belə təlimlərin keçirilməsində məqsəd sırf gəncləri və bu sahədə biliksiz olan insanları maarifləndirməkdir.
Təlimçi Radə Telmanqızı,Cəfərbəyli kənd tam orta məktəbinin coğrafiya müəllimi Rafiq Məmmədov və Səbuhi Atakişiyev tərəfindən praktiki qrup işləri təşkil edilərək, şagirdlərə ekalogiya haqqında geniş məlumat verilmişdir.Təlimlərdən sonra məktəblərdə “Təbiətin mühafizəçiləri” adlı konullu qruplar yaradılmışdır ki,bu qrupun üzvləri tərəfindən maarifləndirmə işləri kənd sakinləri arasında davam etdiriləcək.

Keçidlər