Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə Milli Qəhrəmanın doğum günü qeyd olundu

14 may 2015 | 10:00

14.05.2015-ci il tarixdə Ağcabədi rayon Avşar kəndində Azərbaycanın milli qəhrəmanı Namiq Abdullayevin  doğum günü qeyd olunmuşdur. İlk öncə məktəbin müəllimləri, şagirdləri və qonaqlar məktəbin həyətində şəhidin büstünü  ziyarət etmiş,  gül dəstələri qoymuşlar. Şəhidin ruhuna dualar oxunmuşdur.
Məktəbdə keçirilən təqbirdə məktəbin direktoru Kərim Ələkbərov şəhid Namiq Abdullayevin keçdiyi qısa lakin şərəfli həyat yolundan danışmışdır.
Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin rəisi Yalçın Sadıqlı şəhidin, göstərdiyi şücaətin hər bir gənc üçün örnək olduğundan danışıb.
Tədbirdə  Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin sədri İsmayıl Məhərrəmov, məktəbin müəllimləri və şəhidin ailə üzvləri çıxış etmişlər. Tədbirdə məktəb şagirdlərinin hazırladıqları kompozisiya tədbir iştirakçılarına təqdim olundu.

Keçidlər