Ağcabədidə istedadlı uşaqlara dəstək göstərilir.
13 may 2015-ci il tarixində Ağcabədi şəhər 6 saylı,Camal İbrahimov adına 8 saylı və Cəmil Quliyev adına Təzəkənd kənd tam orta məktəblərində “İstedad axtarırıq” başlığı altında görüşlər keçirilmişdir.
Məktəblərdə fəaliyyət göstərən Uşaq birliklərinin rəhbəri Radə Telmanqızı bildirmişdir ki, belə görüşlərin keçirilməsində məqsəd rayonun uşaq və gənclərinin incəsənət və digər sahələrdə inkişafına, yaradıcılıq təşəbbüskarlığının artırılmasına, müxtəlif ideyalarının reallaşdırılmasına dəstək verməkdən ibarətdir.O,çıxışı zamanı xüsusi vurğulamıçdır ki,bu günkü gənclər siyasətinin əsas istiqamətini gənc nəslin maarifçilik, ziyalılıq, vətənpərvərlik prinsipləri üzrə düzgün formalaşdırılması, onlarda intellektual səviyyənin qaldırılması, Azərbaycanın milli, mənəvi sərvətləri, tanınmış elm xadimləri və incəsənət adamları haqqında elmi biliklərinin artırılması, gənclərin təlim və tərbiyəsi ilə bağlı məsələlərin həllində humanitar məsələlərin və xeyriyyəçilik işlərinin təşkili, ekoloji durum haqqında biliklərinin genişləndirilməsi, xarici dillərin öyrənilməsinə istiqamətləndirilməsi, elm, təhsil və mədəniyyətin inkişafına dair təşəbbüslərdə gənclərimizin fəallığının artırılması və bu sahələrdə müvafiq işlərin aparılması təşkil edir.Bu mənadada belə görüşlərin keçirilməsi və gənc istedadlara dəstək olmaq çox vacib məsələdir.
Sonda hər bir məktəbdə şagirdlər tərəfindən biri-birindən maraqlı müxtəlif rəqs,idman,səhnəciklər,bədii-qiraət,rəsm və müsiqi ifaları nümayiş olunmuşdur.