Şriftin ölçüsü :

Saytın rəngi :

Birincilər Əlifba bayramını qeyd etdi.

11 may 2015 | 10:00

11  May 2015-ci il tarixində Ağcabədi şəhər   1 saylı tam orta məktəbdə birincilərin  Əlifba bayramı ilə bağlı tədbir keçirilib.
   Azərbaycan himninin sədaları altında açıq elan edilən tədbiri giriş sözü ilə açan məktəbin direktoru  Səadət Kazımova  birinciləri təbrik edərək onların məktəbə ilk qədəm qoyduqları zamanlardan bəhs etmişdi.Çıxışında eyni zamanda Əlifba bayramının belə bir xoş günə  Ulu Öndərin  döğum gününə  təsadüf etməsi ndən,onun Azərbaycan təhsilinə, körpələrə verdiyi dəyərdən onlara göstərdiyi qayğıdan bəhs etmişdir.
    Tədbirdə qonaq qismində  Gənclər üçün Təhsil Mərkəzinin nəzdində fəaliyyət göstərən Ağcabədi şəhər “İnklüziv Təhsil və Uşaq İnkişaf mərkəzi”nin müəllim və şagird kollektivi də iştirak etmişdir.Mərkəzin rəhbəri Radə Telmanqızı birinciləri təbdrik edərək,mərkəz adından uşaqların əl işlərindən ibarət hədiyyə təqdim etmişdir.
   Daha sonra şagirdlər vətənə, əlifbaya, müəllimə aid şeirlər söyləyiblər. Həmçinin,onların ifasında nümayiş olunan rəngarəng səhnəciklər valideyn və qonaqlarda xoş təəssüratlar yaradıb.

Keçidlər