Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa şəhərinin işğalından 23 il ötür.

08 may 2015 | 10:00

08 may 2015-ci il tarixində M.F.Axundov adına Ağcabədi şəhər 3 saylı məktəb-liseydə və Ağcabədi rayon,Ağabəyli kənd tam orta məktəbində Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 23-cü ildönümü ilə bağlı tədbir keçirilmişdir.
Tədbirdə əvvəlcə Şuşa şəhərinin işğalı və Qarabağ müharibəsi zamanı şəhid olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Sonra Ümummilli lider Heydər Əliyevin Şuşaya olan sevgisindən danışan məktəb –liseyin direktoru Tofiq Zeynalov bildirmişdir ki,ulu öndər 1969-cu ildə Azərbaycanda rəhbərliyə başlayandan sonra şəhərdə quruculuq işləri geniş vüsət almış, görkəmli şair Molla Pənah Vaqifin məqbərəsi ucaldılmış, bir çox tarixi şəxsiyyətlərin heykəlləri, büstləri qoyulmuş, mehmanxana, çoxmərtəbəli yaşayış binaları, inzibati binalar tikilmişdir. Ağcabədi rayon YAP Qadınlar şurasının sədr müavini Radə Telmanqzı isə 23 il bundan əvvəl ölkəmizdəki ictimai-siyasi vəziyyət, Vətən uğrunda şəhid olan oğul və qızlarımızın mübarizəsi, Şuşanın Azərbaycan xalqı üçün tarixi və mənəvi əhəmiyyəti barədə danışmışdır.
Sonra 3 saylı məktəb –liseyin müəlliməsi Zəhra Hüseynova və Camal İbrahimov adına 8 saylı tam orta məktəbin müəlliməsi Nüşabə İbrahimova tərəfindən şagirdlərə  Şuşa şəhərinin tarixi,Ermənistan silahlı qüvvələrinin Azərbaycanda törətdiyi vəhşiliklərdən barədə ərtaflı məlumat verilmişdir.
Tədbirdə məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur.
Sonra Şuşa şəhərinin tarixinə həsr olunmuş film göstərilmişdir.

Keçidlər