Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi qeyd edildi

09 may 2015 | 10:00

Mayın 9-da Ağcabədi rayonununun “N” saylı hərbi hissəsində 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illik yubileyinə həsr olunmuş bayram tədbiri keçirildi.
Tədbirdə  Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçıları, hərbi hissənin əsgər və zabit heyəti iştirak etdi.
İlk öncə iştirakçılar torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə güllər düzdülər.
Daha sonra vətən uğrunda dünyasını dəyişmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olundu.
Tədbir konsert proqramı ilə davam etdirildi.

Keçidlər