Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda Ümummilli lider Heydər Əliyevin 92 illik yubileyi münasibəti ilə ümumrayon tədbiri keçirilmişdir.

10 may 2015 | 10:00

10 may 2015- ci il tarixdə Ağcabədi rayonunda Ümummilli lider Heydər Əliyevin 92 illik yubileyi  münasibəti ilə ümumrayon tədbiri keçirilmişdir.
   Tədbirin birinci rəsmi  hissəsi saat 13:00 –da Ağcabədi rayonu  Heydər Əliyev meydanında rayon İcra Hakimiyyətinin qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin möhtəşəm abidəsinin  önündə gülqoyma mərasimi ilə olmuşdur. Tədbir iştirakçıları gülqoyma mərasimi keçirməklə, Ümummilli Liderimiz Heydər Əliyevin əziz xatirəsinə ehtiramlarını bildirmişlər.
   Tədbirdə Ağcabədi rayon İcra Hakimyyətinin Başçısı cənab Şahin Məmmədov,hüquq mühafizə orqanları,idarə və müəssisə rəhbərləri, ziyarətə gəlmiş rayon ictimaiyyəti – ziyalılar, ağsaqqallar, gənclər  iştirak etmişdir.
   Tədbirin ikinci bədii hissəsi saat 16:00 –da başlanmışdır.
  Tədbirdə çıxış edən Ağcabədi rayon İcra Hakimyyətinin Başçısı cənab Şahin Məmmədov çıxış edərək , bu günki əziz gün münasibəti ilə Ağcabədi rayon sakinlərini təbrik etmiş və bildirmişdir ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının tarixində,Azərbaycan  xalqının qəlbində özünəməxsus yeri var. Azərbaycan dövlətçiliyinin başının üstünü qara buludlar alanda Ümummilli Lider Heydər Əliyev öz vətənin də, xalqının da dadına yetişdi və Azərbaycan dövlətini zirvələrdə heç zaman sönməyən parlaq günəşə çevirdi.
    Bütün həyatını Azərbaycan xalqının xoşbəxt gələcəyinə həsr etmiş Heydər Əliyev şəxsi keyfiyyətləri ilə də yaddaşlarda silinməz iz qoymuşdur. Heydər Əliyev fenomenal yaddaşı, yüksək təşkilatçılıq bacarığı, tükənməz enerjisi və zəhmətsevərliyi, cəsarəti, qətiyyəti və polad iradəsi, eyni zamanda insanpərvərliyi və qayğıkeşliyi ilə müasiri olduğu insanların dərin rəğbətini və sevgisini qazanmışdır. Ümummilli Liderin bu xüsusiyyətləri 40 ildən çox bir dövrü əhatə edən konkret faktlarla və böyük səmimiyyətlə əks olunmuşdur. Eyni zamanda, Heydər Əliyevin insanlara istedadına, bacarığına görə qayğı göstərməsi, elm və sənət xadimlərindən tutmuş sadə zəhmət adamlarına qədər hamının əməyini layiqincə qiymətləndirməsi kimi yüksək keyfiyyətləri olan dahi şəxsiyyət idi.
    Ağcabədi rayon İcra Hakimyyətinin Başçısı cənab Şahin Məmmədov çıxışının sonunda bir daha tədbir iştirakçılarını yenidən təbrik etmiş və qeyd etmişdir ki, Ulu Öndər Heydər Əliyevə qarşı olan xalq sevgisi zaman ötdükcə daha çox xalqın qəlbində  böyüyür.və güclənir , xalq öz oğluna sonsuz sevgisini Onun siyasi varisi cənab Prezidentimiz İlham Əliyevə etimad göstərərək bildirmişdi və yanılmadıqlarını görmüşdülər. Nə qədər ki, bu xalq var Heydər Əliyev böyüklüyü yaşayacaq, nəsildən – nəsilə ötürülərək onun Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi üçün gördüyü işlər örnək göstəriləcəkdir.  Bu gün də onun uğrulu siyasəti , Ulu Öndərin şərəfli həyat yolunun davamçısı çox hörmətli cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
    Tədbir  rayon Mədəniyyət və Turizm şöbəsinin hazırladığı musiqili proqram ilə axşam saatlarına qədər davam etdirilmişdir.
    Tədbir gecənin qaranlığında Ağcabədi səmalarını işıqlandıran yanan şarların və  atəşfəşanlığın  möhtəşəmliyi ilə   başa çatmışdır.
   Tədbirdə 9000 nəfər iştirak etmişdir.

Keçidlər