Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə konfrans keçirilmişdir.

09 may 2015 | 10:00

YAP Ağcabədi rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə "Ümummilli Lider Heydər Əliyev  müasir Azərbaycanın qurucusu və memarıdır" mövzusunda  konfrans keçirilmişdir.
Azərbaycan xalqının həyatında müstəsna rol oynamış, tarixi şəxsiyyət, Yeni Azərbaycan Partuyasının yaradıcısı Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Konfransda YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov Ümummilli Lider Heydər Əliyevin həyat və  fəaliyyəti barədə geniş məruzə etmişdir. Məruzədə vurğulanmışdır ki,  tarixən böyük şəxsiyyətlər öz xalqının taleyində mühüm və  əvəzedilməz rol oynamışdır. Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu vardır. Onun fəaliyyəti nəticəsində Azərbaycan parçalanmaq təhlükəsindən  xilas olmuş,  ağır iqtisadi durumda olan ölkəmiz inkişaf yoluna çıxmış, dünya dövlətləri içərisində tanınan və böyük beynəlxalq tədbirlərə ev sahibliyi edən bir ölkəyə çevrilmişdir.
Azərbaycan cəmi 22 ildə inanılmaz inkişaf yolu keçərək Qərb dövlətlərinin onilliklər ərzində zərrə-zərrə əldə etdiyi iqtisadi tərəqqiyə nail olmuş, demokratikləşmə, vətəndaş cəmiyyəti quruculuğu, insan hüquq və azadlıqlarının təminatı sahəsində böyük uğurlar əldə etmişdir.
Azərbaycan Beynəlxalq aləmdə nüfuzunun artması və iqtisadi inkişafı imkan verdi ki, 2012-ci ildə  "Avroviziya " mahnı yarışması böyük uğurla  Bakıda keçirilsin.
Bu gün Azərbaycan xalqı daha bir tədbirə ev sahibliyi etməyə hazırlaşır. Tarixdə ilk dəfə olaraq I Avropa oyunları Azərbaycanda keçiriləcək.  Avropa oyunlarının təşkilat komitəsinin sədri Azərbaycanın birinci xanımı, Millət vəkili, Yeni Azərbaycan Partiyasının sədr müavini Mehriban xanım Əliyevanın rəhbərliyi altında Dünya standartlarına cavab verən  stadionlar, idman  qurğuları tikilmiş, çox böyük hazırlıq işləri görülmüşdür. Bu il aprel ayının 26-da böyük  təntənə ilə avropa oyunlarının məşəli cənab İlham Əliyev tərəfindən alovlandırılmışdır. Bu məşəl Respublikanın bütün rayonlarını dolaşacaqdır. Qürur hissi ilə keçiririk ki, Avropa oyunlarının məşəli may ayının 10 -da  Ulu Ödərimizin ad günündə  Ağcabədiyə gətiriləcəkdir.  Bu məşəli layiqincə qəbul etmək üçün bütün  lazımı hazırlıq işləri görülmüş, təmizlik və abadlıq işləri həyata keçirilmişdir.
Hər il olduğu kimi bu ildə YAP Ağcabədi rayon təşkilatı Ulu Öndərin anadan olmasının  ildönümü ilə əlaqədar tədbirlər planı hazırlamış və silsilə tədbirlər həyata keçirilmişdir. 2014-cü ildən başlayaraq  YAP Ağcabədi  rayon təşkilatı təşəbbüs irəli sürmüşdür ki, hər  bir ilk təşkilat Ulu Öndərin anadan olmasının ildönümünün sayı qədər həmişəyaşıl ağac əksin. Keçən il 8918, bu il, yəni Ulu Öndərin anadan olmasının 92-ci il  dönümündə 98 ilk təşkilat rayon ərazisində 9016 ağac əkmişdir. İki ildə əkilən ağacların sayı 17934 olmuşdur.
  Tədbirlər planına uyğun olaraq rayonun idarə və təşkilatları arasında mini- futbol, rayonun məktəbliləri arasında "Ən böyük Azərbaycanlı" mövzusunda inşa müsabiqəsi, bədii qiraət və rəqs müsabiqələri,  güllə atıcılığı yarışları keçirilmişdir.
Ulu Öndərin anadan olmasının ildönümü ərəfəsində aparılan təbliğat işləri nəticəsində YAP sıralarına 600 nəfərə yaxın  üzv qəbul edilmişdir. Hazırda YAP Ağcabədi rayon təşkilatı üzvlərinin sayı 11773 nəfərdir.
  Konfransda YAP Ağcabədi rayon təşkilatı Gənclər Birliyinin üzvü Leyla Səfərova,  Azərbaycan Müəllimlər İnstututunun Ağcabədi filialı ərazi ilk partiya təşkilat sədri Anar Kərimli, YAP Ağcabədi rayon təşkilatının Şura üzvü İbrahim Həsənov, Qadınlar Şurasının üzvü Solmaz Rəhimova çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə büyün sahələrdə yüksək inkişaf və tərəqqiyə nail olunmasından,  dövlətçiliyin möhkəmlənməsi, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun  artmasında , ölkə əhalisinin maddi rifah halının yüksəlməsi barədə söhbət açdılar. Natiqlər vurğuladılar ki,  milli  dövlətçilik tariximizdə  əvəzedilməz  xidməti olan  Heydər Əliyev əbədiyaşar Lider kimi Azərbaycan xalqının xatirəsində daim yaşayacaqdır.
Tədbirdə YAP sıralarına daxil olan bir qrup gəncə təntənəli şəkildə YAP vəsiqələri təqdim edildi.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə " Ən böyük  Azərbaycanlı " mövzusunda məktəblilər arasında keçirilən inşa yazı, bədii qiraət, rəqs  müsabiqəsinin, atıcılıq üzrə rayon birinciliyinin  və müəssisə və təşkilatlar arasında keçirilən  mini futbol  turnirində I,  II,  və  III  yerləri  tutmuş yarış iştirakçılarına  və  komandalara YAP Ağcabədi rayon təşkilatının Fəxri  Fərmanları və qiymətli  hədiyyələr  təqdim edilmişdir.
Tədbirdə  həmçinin rayonun ictimai- siyasi həyatında  fərqlənən 7  nəfər  YAP  fəali  Fəxri  Fərmanla  təltif  edilmişdir.

Keçidlər