Şriftin ölçüsü :

Saytın rəngi :

07 May 2015-ci il tarixdə Ağcabədi Pedaqoji Kolleci, rayon Gənclər və İdman idarəsi ilə birlikdə Ağcabədi Pedaqoji Kollecində Heydər Əliyev siyasi irsinin öyrənilməsi və təbliğinə həsr olunmuş tədbir keçirilmişdir.

07 may 2015 | 10:00

Tədbirdə Rayon İcra Hakimiyyətinin məsul işçisi Feyruz Zamanov, rayon Gənclər və İdman idarəsinin rəis müavini, Heydər Əliyev siyasi irsinin öyrənilməsi və təbliği qrupunun rəhbəri Eldəniz Qənbərov iştirak etmişlər.
Tədbiri giriş sözləri ilə Ağcabədi Pedaqoji Kollecinin direktoru Mirələm İbrahimli açaraq Ümummilli Liderimiz Heydər Əliyevin həyat və fəaliyyətindən, onun Azərbaycan tarixindəki rolundan geniş söz açdı və Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Ağcabədi Pedaqoji Kollecinin müəllimləri Şahin Rəhimov, Bəxtiyar Əliyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin müstəqilliyimizin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlət quruculuğunun inkişafında müstəsna rolundan bəhs etdilər.
Tələbələrdən Günel Əliyeva, Salatın Səmədova Ümummilli Lider H.Əliyevə həsr olunmuş şerləri səsləndirdilər.
Tədbirin sonunda rayon Gənclər və İdman idarəsinin rəis müavini Eldəniz Qənbərov çıxış edərək Azərbaycan gəncliyinə göstərilən xüsusi diqqət və qayğını, bu gün qədirbilən hər bir Azərbaycan vətəndaşının qəlbində Ulu Öndərimizin işıqlı obrazının yaşadığını tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Tədbir Ulu Öndərə həsr olunmuş video görüntünün izlənməsi ilə başa çatdı.

Keçidlər