Şriftin ölçüsü :

Saytın rəngi :

“Peşə Təhsili üzrə Regional Məsləhət və Yardım Xidməti”nin təlimləri davam edir.

08 may 2015 | 10:00

Ağcabədi rayon İcra Hakimiyyəti və Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ Regional Ofisinin birgə əməkdaşlığı ilə yaradılmış  “Peşə Təhsili üzrə Regional Məsləhət və Yardım Xidməti” çərçivəsində  toxuculuq  təlimlərinə yekun vuruldu.
2 aylıq ilk təlim müddətində bir qrup gənc toxuculuq  peşəsinə yiyələndilər.
Xidmət çərçivəsində Ağcabədi rayon Heydər Əliyev Mərkəzində və Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ Regional Ofisində davam edən  tikiş, rəssamlıq, kompyuter, və digər ödənişsiz  kurslar  təşkil olunaraq, gənclərə  bu sahədə təcrübəli müəllimlər tərəfindən həm nəzəri, həm də praktik biliklər verilir.
Qeyd edək ki, Peşə Təhsili üzrə Regional Məsləhət və Yardım Xidməti regionda əmək bazarının araşdırılmasına, texniki-peşə məktəblərinin mühəndis-pedaqoji heyətləri üçün ixtisasartırma kurslarının təşkil edilməsinə, regionda əmək bazarının tələblərinə uyğun olaraq peşələrin müəyyənləşdirilməsinə və tədrisinə yardım etmək məqsədilə yaradılmışdır.

Keçidlər