Ağcabədili yazar birinciliyi əldə etdi
06 may 2015 | 10:00
2015-ci il may ayının 6-da Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan xalqının Ümummilli Lideri, müasir dövrün görkəmli siyasi xadimi Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” mövzusunda məqalə müsabiqəsi keçirilib. Müsabiqənin sonunda qaliblər mükafatlandırılıblar. Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin baş Mühafizi,Azərbaycan yazıçılar birliyinin gənclər şurasının üzvü,Preziden təqaüdçüsü Ağayeva Məhsəti 1-ci yerə layiq görülüb.