Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığa Kömək Milli Fondu tərəfindən “Sahibkarlığın inkişafına dövlət dəstəyi “ mövzusunda tədbir keçirilmişdir

25 yanvar 2013 | 11:00

24 yanvar 2013- cü il tarixdə saat 09:30 –da Ağcabədi rayonu Ağabəyli kəndində “ Atropatena” LTD QSC süd emalı zavodunda Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığa Kömək Milli Fondu tərəfindən “Sahibkarlığın inkişafına dövlət dəstəyi “ mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimovun, İqtisadi İnkişaf Nazirliyinin Aran regional bölməsinin müdiri Elbrus Hüseynovun, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayevin iştirak etmişdir.
Tədbirin keçirilməsində məqsəd İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına güzəştli kredit ayrılmış Ağcabədi rayonunun Ağabəyli kəndində “Atropatena” LTD QSC-nin ildə 22.8 min ton süd istehsal etmək gücünə malik 3 min başlıq cins iribuynuzlu heyvandarlıq kompleksinin və 90 min ton süd emal etmək gücünə malik zavodunun fəaliyyətinə baxış, güzəştli kreditlərin verilməsi mexanizminə, kreditin alınması üçün tələb olunan sənədlərə, elektron qeydiyyat sistemi və onun üstünlüklərinə dair treninq, müasir çörək zavodunun, kiçik cins heyvandarlıq təsərrüfatının və südlük istiqamətli müasir cins keçi təsərrüfatının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı, Aran iqtisadi rayonu üzrə sahibkarlıq subyektlərinə müvəkkil kredit təşkilatları vasitəsilə güzəştli kreditlərin verilməsidir.
Tədbirdə açılış nitqi söyləyən Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov qeyd etdi ki, çətin sınaqlardan keçən Azərbaycan dövlətinə ona əlverişli maliyyə dəstəyi verə biləcək milli maliyyə qurumlarının yaradılması zərurətinin yarandığı bir dövrdə 12 oktyabr 1992-ci ildə "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun Əsasnamə"sinin təsdiq edilməsi ilə sahibkarlığa, o cümlədən kiçik və orta biznesə dövlət büdcəsinin vəsaiti hesabına güzəştli kreditlər verəcək ilk maliyyə qurumunun əsasının qoyulması Azərbaycan iqtisadiyyatında öz inkişafını qısa zamanda göstərə bildi.
Sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi və bu fəaliyyətin genişləndirilməsinin təmin edilməsi məqsədilə Ümummilli lider Heydər Əliyev in 2002-ci il 27 avqust tarixli, 779 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamə"nin və "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi Qaydaları"nın təsdiq edilməsi ilə Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti və sahibkarlıq subyektlərinin investisiya layihələrinin güzəştli şərtlərlə maliyyələşdirilməsi mexanizminin yenidən qurulması bu maliyyə qurumunun inkişafında dönüş nöqtəsi olmuşdur.
Rayon rəhbəri bildirdi ki, inanıram bu gün Ağcabədi rayonu Ağabəyli kəndində “ Atropatena” LTD QSC süd emalı zavodunda Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığa Kömək Milli Fondu dəstəyi ilə həyata keçirilən bu layihələr həm sahibkarlığın, həm də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cənablarının yorulmaz və gərgin fəaliyyəti sahəsində günü – gündən güclənən iqtisadi gücümüzə daha da dəstək olacaqdır.
Tədbirdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov, İqtisadi İnkişaf Nazirliyinin Aran regional bölməsinin müdiri Elbrus Hüseynov, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev çıxış edərək dövlət proqramlarında Aran iqtisadi rayonunda nəzərdə tutulan tədbirlər və bu tədbirlərin icrası, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına Aran iqtisadi rayonunda, o cümlədən Ağcabədi rayonunda həyata keçirilən layihələr və güzəştli kredit vəsaitlərinin yerləşdirilməsində proqnozlaşdırılan əsas hədəfləri və İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun iştirakı ilə kredit müqavilələrinin imzalanması və güzəştli kreditlərin verilməsi haqqında tədbir iştirakçılarına məlumat verdilər və yekunda iştirakçıları maraqlandıran sualları cavablandırdılar.
Tədbirin sonunda İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun iştirakı ilə bir qurp sahibkarlarla kredit müqavilələri imzalandı və güzəştli kreditlər verildi.
Tədbirdə 60 nəfər iştirak etmişdir.
 

Keçidlər