Ağcabədidə rəqs müsabiqəsi keçirildi
YAP Ağcabədi rayon təşkilatında Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 92-ci illiyinə həsr edilmiş silsilə tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də Ağcabədi şəhərindəki, Üzeyir Hacıbəyli adına Muğam Mərkəzinin konsert salonunda baş tutmuşdur.
YAP Ağcabədi rayon təşkilatı, Heydər Əliyev MərkəziAğcabədi rayon Təhsil şöbəsi və rayon Mədəniyyət və Turizm şöbəsinin dəstəyi ilə keçirilən rəqs müsabiqəsində rayonun uşaq bağçaları, orta məktəbləri və incəsənət məktəbinin şagirdləri iştirak etmişlər. Hər bir rəqs nömrəsi göstərirdi ki, ifaçılar bu müsabiqəyə çox ciddi hazırlaşmışlar.
Təqdim edilən rəqs nümunələrində Azərbaycan milli rəqsləri ilə yanaşı hind, fars, özbək, ispan, moldavan, qaraçı və ukrayna xalq rəqsləri də ifa edilmişdir.
Gərgin mübarizə və rəqabət şəraitində keçən müsabiqə də Ağcabədi incəsənət məktəbinin şagirdi İsmayılova Nuranə ifa etdiyi "fars rəqsi" isə birinci yeri tutmuşdur.
Şəhər 5 saylı tam orta məktəbin şagirdi Bayramova Kəmalə "saçlarını yan dara qız" Azərbaycan milli rəqsinə görə ikinci yerə layiq görülmüşdür.
Ağcabədi şəhər 8-saylı uşaq bağçasının balaca rəqqasələri "quşlar rəqsi" nə görə və şəhər 3-saylı orta məktəbin şagirdi Muradzadə Elvina ifa etdiyi "hind" rəqsinə görə üçüncü yeri tutmuşdur.