Ağcabədi rayonunda İlk Avropa Oyunlarına dəstək məqsədilə flaşmob keçirildi
Azərbaycanda idmanın inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən siyasət bu sahədə böyük uğurların əldə edilməsi ilə nəticələnmişdir. Dövlət başçısı İlham Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət Azərbaycanın idman ölkəsi kimi nüfuzunu xeyli artırmaqla yanaşı, beynəlxalq federasiyaların seçim edərkən məhz ölkəmizə üstünlük verməsini təmin etmişdir. İlk Avropa Oyunlarının Bakıda keçirilməsinə qərar veriləndə dövlətimiz öz üzərinə götürdüyü məsuliyyətin ağırlığını dərk edərək, dərhal hazırlıq işlərinə start vermişdir. Belə ki, Prezident İlham Əliyevin sərəncamı ilə Avropa Oyunlarını yüksək səviyyədə keçirmək üçün Təşkilat Komitəsi yaradılmışdır. Bütün bunlar əsas verir ki, Azərbaycan belə möhtəşəm tədbirlərə ev sahibliyi edirsə, onun gəncləri səfərbər olaraq, dövlətin yanında olmalı və ictimai dəstəyini əsirgəməməlidir. Bunları nəzərə alaraq,Ağcabədi sakinləri də ölkəmizin ev sahibliyi edəcəyi nüfuzlu beynəlxalq tədbirə ictimai dəstək verərək, ölkəmizdə keçirilən İlk Avropa Oyunlarına dəstək nümayiş etdirir və bütün diqqəti bu nüfuzlu tədbirə yönəldir.
Bununla əlaqədar olaraq Ağcabədi rayonunda 1 may 2015-ci il tarixdə Ağcabədi şəhər Ü.hacıbəyov adına şəhər incəsənət məktəbinin və şəhər 3 saylı məktəbin şagirdlərinin birlikdə hazırladıqları flaşmob keçirilmişdir.