Ağcabədi rayonunda Birinci Avropa Oyunlarına hazırlıqla bağlı müşavirə keçirildi.
30 aprel tarixində Ağcabədi rayonunda “Birinci Avropa Oyunlarının hazırlığı və keçirilməsi dövründə yerli icra hakimiyyəti və eləcə də digər rayon təşkilatlarının birgə fəaliyyət istiqamətləri” mövzusunda müşavirə keçirildi.
Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı Şahin Məmmədov tədbiri giriş sözü ilə açaraq Bakı 2015 Birinci Avropa Oyunlarına hazırlıqla bağlı rayonda həyata keçirilən işlərdən danışdı.
Tədbir, Yürüşün hazırlığı və keçirilməsi dövründə rayon ərazisində, eləcə də yürüşün baş tutacağı marşurut boyu ərazilərdə kütləvi istirahət yerlərində ictimai təhlükəsizliyin təşkili, qeyd edilən ərazilərdə sanitar təhlükəsizliyinin təmin edilməsi, məşəl yürüşü zamanı əhaliyə və rayonun qonaqlarına tibbi xidmətin göstərilməsi ilə davam etdirildi.