Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda 180 şagird yerlik Biləğan kənd tam orta məktəbinin yeni binasının açılışı olmuşdur.

24 yanvar 2013 | 11:00

23 yanvar 2013- cü il tarixdə saat 10:00 –da Ağcabədi rayonu 180 şagird yerlik Biləğan kənd tam orta məktəbinin yeni binasının açılışı ilə bağlı tədbir olmuşdur.
Tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov ilk öncə məktəbin şagird və müəllim kollektivini yeni məktəb binasının açılışı münasibəti ilə təbrik etdi. Bildirdi ki, hal-hazırda Azərbaycanın bütün bölgələrində olduğu kimi, Ağcabədi rayonunda da inkişaf yüksək səviyyədə gedir. Daha sonra rayon rəhbəri qeyd etdi ki, İctimai-siyasi və sosial-iqtisadi quruluşlarından asılı olmayaraq, bilik butun cəmiyyətlərdə zəruri ehtiyac, inkişafın mənbəyi kimi qəbul edilir. Zəngin həyat və dovlətcilik təcrubəsi olan Ulu Öndər Heydər Əliyev cəmiyyətin inkişafında təhsilin rolunu yuksək qiymətləndirir, bu sahədə islahatların tezliklə başlanmasını zəruri hesab edirdi. “ Təhsil millətin gələcəyidir” söyləyən Ulu Öndər Heydər Əliyev bu sahənin inkişaf etdirilməsində bir çox böyük layihələrə imza atmışdır. Cənab Prezident İlham Əliyev cənablarının gərgin və fədakar əməyi sayəsində həyata keçirilən layihələr və görülən işlər, ölkəmizin bütün sahələrdə sürətlə gedən inkişaf təhsil sahəsində də uğurla davam etdirilir. Məktəblərimizdə əlverişli təlim-tərbiyə şəraitinin yaradılmasına xidmət edən maddi-texniki bazanın yenidən qurulması, müasir təhsil avadanlığı və informasiya-kommunikasiya texnologiyaları ilə təminat sahəsində genişmiqyaslı işlərin görülməsi bu günümüzün reallığıdır. Bu gün Ağcabədi rayonunda müasir tələblərə cavab verən yeni məktəb binalarının tikintisi,əsaslı təmiri bu fədakar əməyin bariz nümunəsidir.
Çıxışının sonunda Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına diqqət və qayğıya görə məktəbin müəllim, şagird kollektivinin və öz adından minnətdarlığını bildirmişdir.
Daha sonra tədbirdə çıxış edən kəndin ağsaqqalları və ziyalıları çıxış edərək bu gün açılışı olan müasir tələblərə cavab verən yeni məktəb binasının bütün ziyalılar üçün xeyirli olmasını və məktəbin müəllim və şagird kollektivinə uğurlar,nailiyyətlər arzulamışdılar.
Onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Azərbaycan dövlətinin maddi –mənəvi irsinin təbliğ olunmasında, “ Yeniləşən Azərbaycana yeni məktəb” layihəsini həyata keçirməklə təhsilə, uşaqlarımıza,gənclərimizə hər zaman öz maddi və mənəvi dəstəyini əsirgəməyən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədova minnətdarlıqlarını bildirmişlər.
Tədbirdə 450 nəfər iştirak etmişdir.
 

Keçidlər