Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev siyasi irsinin öyrənilməsi və təbliğinə həsr olunmuş tədbir

29 aprel 2015 | 10:00

Rayon Gənclər və İdman idarəsinin tərtib etdiyi Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş Tədbirlər Planına əsasən 28 Aprel 2015-ci il tarixdə Camal İbrahimov adına şəhər 8 saylı tam orta məktəbində  Heydər Əliyev siyasi irsinin öyrənilməsi və təbliğinə həsr olunmuş tədbir keçirilmişdir.
           Tədbirdə ulu öndərimiz Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
            Heydər Əliyev siyasi irsinin öyrənilməsi və təbliği qrupunun idarə heyyətinin üzvü, rayon Gənclər və İdman idarəsinin rəis müavini Eldəniz Qənbərov, Heydər Əliyev siyasi irsinin öyrənilməsi və təbliği qrupunun idarə heyyətinin üzvü, YAP qadınlar şurasının sədr müavini Radə Qafarova, şəhər 8 saylı tam orta məktəbin direktoru Anar Qasımov, həmin məktəbin müəllimi Aytəkin Paşayeva çıxış edərək XX əsr Azərbaycan tarixinin ən parlaq siması, qüdrətli şəxsiyyəti olan ulu öndərimiz Heydər Əliyevin siyasi obrazının xalqımızın dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin canlı mənzərəsindən, Azərbaycan gəncliyinə göstərdiyi xüsusi diqqət və qayğıdan ətraflı söz açdılar.

Keçidlər