28 aprel 2015-ci il tarixində Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Laçın rayon Leninkənd kənd sakinlərinin nikah mərasimi təşkil edilmişdir.
28 aprel 2015-ci il tarixində Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Laçın rayon Leninkənd kənd sakinləri 04.03.1985-ci ıl təvəllüdlü Əhmədov Zahir Əbdül oğlu ilə 01 10.1994-cü il təvəllüdlü Həsənli Şəmsıyyə İlqar qızının nikah mərasimi təşkil edilmişdir.ilk öncə ailə quran gənc cütlük Ağcabədi Rayon Heydər Əliyev Meydanında Ulu Öndər Heydər Əliyevin əzəmətli abidəsini ziyarət etmiş, önünə tər çiçək dəstələri qoymuş və onun əziz xatirəsini yad etmişlər. Daha sonra gənclərin nikaha daxıl olma mərasimi Heydər Əliyev Mərkəzində davam etdirilmişdir. Nikahdan sonra gənc ailəyə qiymətli hədiyyə təqdim olunmuş və onlara ömür boyu sürən xoşbəxtlik arzulanmışdır Təşkil olunmuş nikah mərasimi Azərbaycan televiziyası vasitəsilə lentə alınmışdır.
Yekunda yeni ailə quran gənclərlə birlikdə xatirə fotosu çəkilmişdir.