Təbliğat qrupu
24 Aprel 2015-ci il tarixdə şəhər 1 saylı tam orta məktəbdə Heydər Əliyev siyasi irsinin öyrənilməsi və təbliğinə həsr olunmuş “Azərbaycanın Milli İftixarlı, Dahi Şəxsiyyət” başlığı altında tədbir keçirilmişdir. Tədbirdə ulu öndər H.Əliyevin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə rayon Gənclər və İdman idarəsinin rəis müavini, Heydər Əliyev siyasi irsinin öyrənilməsi və təbliği qrupunun rəhbəri Eldəniz Qənbərov çıxış edərək ulu öndər Heydər Əliyevin yalnız Azərbaycanın deyil, dünya tarixinə daxil olmuş dahi şəxsiyyət olduğunu, onun siyasi fəaliyyətinin vətəninə, xalqına təmənnasız, müqəddəs münasibətinin güclü bir məktəb, tükənməz bir xəzinə olduğunu, gələcək nəsillərin bu məktəbdən hələ çox şey öyrəniləcəyini, bu xəzinədən bəyrələnəcəyini bir daha tədbir iştirakçılarının diqqətinə çatdırdılar.
Tədbirin sonunda məktəbdə fəaliyyət göstərilən H.Əliyev irsinin öyrənilməsi və təbliği qrupunun fəal üzvləri ulu öndərə həsr olunmuş şerləri böyük məhəbbətlə səsləndirdilər.