Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda 480 şagird yerlik Rəncbərlər kənd tam orta məktəbinin yeni binasının açılışı olmuşdur.

23 yanvar 2013 | 11:00

22 yanvar 2013- cü il tarixdə saat 10:00 –da Ağcabədi rayonu Rəncbərlər kəndində 480 şagird yerlik yeni məktəb binasının açılışı ilə bağlı tədbir olmuşdur.
Tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov ilk öncə məktəbin şagird və müəllim kollektivini yeni məktəb binasının açılışı münasibəti ilə təbrik etdi. Bildirdi ki, hal-hazırda Azərbaycanın bütün bölgələrində olduğu kimi, Ağcabədi rayonunda da inkişaf yüksək səviyyədə gedir. Daha sonra rayon rəhbəri qeyd etdi ki, Prezident İlham Əliyev cənablarının gərgin və fədakar əməyi sayəsində ölkəmizdə bütün sahələrdə sürətlə gedən inkişaf təhsil sahəsində uğurla davam etdirilir. Məktəblərimizdə əlverişli təlim-tərbiyə şəraitinin yaradılmasına xidmət edən maddi-texniki bazanın yenidən qurulması, müasir təhsil avadanlığı və informasiya-kommunikasiya texnologiyaları ilə təminat sahəsində genişmiqyaslı işlərin görülməsi bu günümüzün reallığıdır. Bu gün Ağcabədi rayonunda müasir tələblərə cavab verən yeni məktəb binalarının tikintisi,əsaslı təmiri bu fədakar əməyin bariz nümunəsidir.Azərbaycanın gələcəyi olan uşaqlara və gənclərə bu diqqət və qayğının nəticəsidir ki, ötən il Rəncbərlər kənd orta məktəbinin məzunu olmuş şagird yüksək bal toplayaraq Prezident təqaüdünə layiq görülmüşdür.
Çıxışının sonunda Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına diqqət və qayğıya görə məktəbin müəllim, şagird kollektivi və öz adından minnətdarlığını bildirmişdir.
Daha sonra tədbirdə çıxış edən kəndin ağsaqqalları və ziyalıları çıxış edərək bu gün açılışı olan müasir tələblərə cavab verən yeni məktəb binasının bütün ziyalılar üçün xeyirli olmasını və məktəbin müəllim və şagird kollektivinə uğurlar və nailiyyətlər arzulamışdılar.
Onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına və rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədova minnətdarlıqlarını bildirmişlər.
Tədbirdə 500 nəfər iştirak etmişdir.

 

Keçidlər