Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonun Taynaq kəndində səyyar qəbul-görüş keçirilmişdir.

22 aprel 2015 | 10:00

22 aprel 2015-ci il tarixdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun Taynaq kənd sakinləri ilə səyyar qəbul-görüşü keçirilmişdir.
Qəbulda, Regional idarəetmə və yerli özünü idarəetmə orqanları iş şöbəsinin məsul işçisi Əflatun Rufiyev,RİH başçısının müavinləri, şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov çıxış edərək kənd sakinlərini salamlamış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rayonumuza göstərdiyi xüsusi diqqət və qayğısından, respublikamızda qazanılan uğurlardan, eləcə də rayonumuzda aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı danışmışdır.
Sonra Taynaq kənd sakinləri onları narahat edən sosial məsələlərin həlli ilə bağlı rayon İcra Hakimiyyətinin Başçısına müraciət etmişlər. Müraciət edən vətəndaşlar ilk öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə 2014-cü ildə start verilmiş əhalinin tibbi müayinəsinin aparılması kampaniyasının bu il də uğurla davam etdirilməsinə görə, , kəndin fasiləsiz olaraq elektrik enerjisi ilə təminatına, əhalinin rifah halının yaxşılaşdırılması, sosial problemlərin həlli, tikinti-quruculuq işlərinin genişləndirilməsi istiqamətində rayon rəhbərliyinin köməyi ilə həyata keçirilən uğurlu tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov səyyar qəbul-görüşdə sakinlər tərəfindən edilən müraciətlərlə bağlı rayonun əlaqədar təşkilatlarının rəhbərlərinə lazımi tapşırıq və göstərişlər vermişdir.

Keçidlər