20 Aprel 2015-ci il tarixdə Ağcabədi Pedaqoji Kollecində Tələbə Gənclər təşkilatının üç illik fəaliyyətinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Tələbə Gənclər təşkilatının sədri Qəşəm Qənbərov Ağcabədi Pedaqoji Kollecinin Tələbə Gənclər təşkilatının üç illik fəaliyyəti ilə bağlı ətraflı məlumat verdi.
Tədbirdə Ağcabədi Pedaqoji Kollecin direktor müavini Rövşən Bayramov, Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ Ofisinin rəhbəri Radə Qafarova çıxış edərək gənclərin fəaliyyəti ilə bağlı xoş arzularını bildirdilər.
Tədbirin sonunda rayon Gənclər və İdman idarəsinin rəis müavini Eldəniz Qənbərov çıxış edərək ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi atalıq qayğısından geniş bəhs etdi və “Dövlət Gənclər Siyasəti” haqqında fərmanın , “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın, “Azərbaycan gəncliyi Dövlət Proqramı” (2005-2009-cu illər), 2007-ci ilin “Gənclər ili” elan edilməsi, “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı haqqında sərəncamın, Gənclər Fondunun yaradılmasının, dövlətin gənclərə göstərdiyi diqqət və qayğının bariz nümunəsi olduğunu bir daha tədbir iştirakçılarının diqqətinə çatdırdı.