Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın yubileyinə həsr olunmuş tədbir keçirilmişdir

21 aprel 2015 | 10:00

21 aprel 2015-ci il saat 15:00-da YAP Ağcabədi Rayon Təşkilatı Qadınlar Şurası, Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Zərifə  xanım Əliyevanın yubileyinə həsr edilmiş tədbir keçirmişdir.
    Tədbiri giriş sözü ilə açan  Qadınlar Şurasının sədri Naibə Mustafayeva Zərifə xanımın respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək, oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazandığından, Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərdiyində danışdı.
     Daha sonra çıxış edən, Heydər Əliyev Mərkəzinin direktoru Fəridə Niftəliyeva, şəhər 8 saylı bağçanın müdiri  Xavər Novruzova və Mərkəzi xəstəxananın göz həkimi Aysel Əmirova da Zərifə xanımın gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq- alim, olduğunu qeyd etdilər.Onu da qeyd etdilər ki,Zərifə xanımın fəxri adları, elmi titulları, mükafatları çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Ancaq bu adlar sırasında ən şərəflisi Ana adıdır. Zərifə xanım Ümummilli Liderimiz Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı, Prezidentimiz İlham Əliyevin anasıdır.
Zərifə xanım Əliyeva az yaşadı. O, istedadı və həyat enerjisi ilə gələcəkdə çox işlər görə bilərdi. Ömrünün sonuncu anına kimi o, həyatla, gələcək planlarla yaşayırdı. Zərifə xanım Əliyeva 1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat edib. Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm, onun parlaq xatirəsi daim anılaraq, qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq.

Keçidlər