Şriftin ölçüsü :

Saytın rəngi :

“Regionlarda intellektual inkişafa dəstək” adlı fərdi layihə davam edir.

20 aprel 2015 | 10:00

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Ağcabədi sakini Asim Mirzəxanlının rəhbərlik etdiyi “Regionlarda intellektual inkişafa dəstək” adlı fərdi layihəyə start verilib.
       Layihənin əsas məqsədi, region gəncləri arasında müxtəlif əyləncəli, məntiqi və intellektual yarışlar təşkil etməklə, gənclərdə cəld və düzgün qərar qəbul etmə keyfiyyətlərinin və  intellektual səviyyənin qeyri-formal yolla inkişafına dəstək olmaq və intellectual  şəbəkələşmə prosesinə təkan verməkdən ibarətdir.
      Layihə Ağcabədi rayonu üzrə 10 şəhər və 6 kənd (Gələbədin, Boyat, Şərəfxanlı,Xocavənd,Cəfərbəyli,Mehrablı kəndləri) orta məktəblərini əhatə edir. İntellektual oyunlarda orta məktəblərin 8-11-ci sinif şagirdləri iştirak edəcək.  Hər məktəbdən seçim turuna tərkibi 6 nəfərdən ibarət olan 4 komanda qatılacaq. Belə ki, layihədə ümumilikdə 64 komanda iştirak edəcək, bunlardan 16 komanda finala vəsiqə qazanacaq və finalda ən güclü 3 komomanda  öz aralarında 1, 2 və 3-cü yerləri, ən güclü 3 iştirakcı isə öz aralarında 1, 2 və 3-cü yerləri bölüşəcəklər. Qalib komanda  diplom və kubok,  ilk 3 yeri qazanan iştirakçılar isə diplom  və hədiyyələrlə mükafatlandırılacaqlar.
       Hazırda layihə çərçivəsində maarifləndirici görüşlər tamamlanaraq Gələbədin, Şərəfxanlı və Boyat kənd orta məktəblərində  seçim turları təşkil olunmuşdur. Seçim turuna hər məktəb üzrə məktəblərin 8-11 sinif şagirdlərindən təşkil olunmuş və hər birində 6 iştirakçı olan 4 komanda qatılmışdır. Oyun nəticəsində Gələbədin kənd məktəbindən, “Gələbədin” komandası , Şərəfxanlı kənd orta məktəbinin “Zəka”, Boyat kənd orta məktəbinin isə “Zəkalar” komandası qalib olaraq 27 aprel tarixində Ağcabədi şəhər Muğam evində keçiriləcək finala vəsiqə qazanmışdır.

Keçidlər