Ağcabədi rayonunda əhalinin tibbi müayinəsi davam etdirilir.
02 fevral 2015- ci il tarixdən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin tapşırığına uyğun olaraq respublikamızda başlanan əhalinin tibbi müayinədən keçməsi prosesi Ağcabədi rayonunda da uğurla davam etdirilir.
Ağcabədi rayonunda əhali arasında təşkilati-izahat işinin yüksək səviyyədə aparılması nəticəsində müəyyən edilmiş qrafiklə əhalinin 18 yaşdan yuxarı rayonun idarələrinin , müəssisələrinin , digər təşkilatlarının nümayəndələrinin və rayon əhalisinin mütəşəkkil şəkildə tibbi müayinəsi aparılır.
Bu günə kimi 94024 nəfər əhalidən 63502 nəfər(67,5%)müayinədən keçirilmişdir.Müayinə olunanlardan 67 nəfəri ev şəraitində yoxlanılmışdır.,996 nəfər ambulator,63 nəfər stasionar müalicəyə cəlb edilmiş,325 nəfər isə müalicəsini davam etdirmək üçün Bakı şəhərinə müxtəlif klinikalara göndərilmişdir. Rayon əhalisi yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.
Əhalinin tibbi müayinəsi may ayının 1- dək davam olunacaqdır.