Ağcabədi rayonunda 2015-ci ilin birinci rübündə sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədovun hesabat yığıncağı keçirilmişdir.
16 aprel 2015-ci il tarixdə saat 16:00 –da Ağcabədi rayon Y.Məmmədov adına Mədəniyyət evində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sədrliyi ilə 10 aprel 2015-ci il tarixdə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş iclasındakı nitqindən irəli gələn vəzifələr, Ağcabədi rayonunda 2015-ci ilin birinci rübündə sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədovun hesabat yığıncağı keçirilmişdir.
Yığıncağa rayonun idarə, müəssisə, hüquq – mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatı ərazi ilk təşkilatının sədrləri, RİHB –nın şəhər,qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, məktəb direktorları,uşaq bağçalarının müdirləri və sahibkarlar dəvət olunmuşdur.
Tədbiri, Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov giriş sözü ilə açaraq, bildirmişdir ki,əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf ölkəmizin hər bir bölgəsində olduğu kimi, Ağcabədi rayonunda da uğurla davam edir.
Daha sonra rayon rəhbəri vurğulamışdır ki, Keçən ilin sonunda cənab Prezident bildirmişdir ki, 2015-ci il də ölkə iqtisadiyyatı üçün uğurlu il olacaqdır.
Ümumi daxili məhsul 5 faizdən çox, qeyri-neft sektorumuz 7 faiz artmıışdır. Hətta dünyada neftin qiymətinin kəskin şəkildə düşməsi Azərbaycanın ümumi iqtisadi inkişafına təsir etməmişdir.
Keçən il Azərbaycanda “Sənaye ili” elan edilmiş, bu sahəyə xüsusi diqqət yetirilmişdir. 2015-ci ilin birinci rübündə sənaye istehsalı təxminən 4 faiz, kənd təsərrüfatı 3 faizdən çox artmış, infilyasiya isə 2,8 faiz olmuşdur.
Hər il olduğu kimi, bu il də əhalinin pul gəlirləri infilyasiyanı üstələyir. Əhalinin pul gəlirləri 5,3 faizdir, təxminən 2 dəfə infilyasiyadan artıqdır.
2015-ci ilin birinci rübündə 30 minə yaxın yeni iş yeri açılmışdır ki, onlardan da 25 mini daimi iş yeridir. İşsizlik və yoxsulluq 5 faiz səviyyəsindədir.
Ağcabədi Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərman və sərəncamlarını, regionlara səfəri zamanı verdiyi tapşırıq və tövsiyələri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bütün tapşırıqlarını əldə rəhbər tutaraq rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsini, təhsil, səhiyyə, mədəniyyət sahələrinin inkişaf etdirilməsini, sahibkarlığın inkişafını, əhalinin içməli su, enerji və təbii qazla təminatının yaxşılaşdırılmasını, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasını təmin etməklə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşməklə qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirəcəyik və üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib , qələbəyə nail olacayıq.
Yığıncaqda daha sonra görülmüş işlər və qarşıda duran vəzifələr barəsində hesabat xarakterli çıxışlar etmişlər. Ağcabədi rayon Qaz İstismar idarəsinin İkram Məhərrəmov,Subartizan Quyularının İstismarı idarəsininAzər Rzayev,Mədəniyyət və Turizm şöbəsinin müdiri Rza Quliyev çıxış edərək qeyd etmişdirlər ki, Respublikamızda, eləcə də rayonumuzda Dövlət qayğısının nəticəsi olaraq əhalinin həyat şəraitinin yaxşılaşdırılması baxımından xeyli işlər görülmüşdür. Hal-hazırda Azərbaycanın bütün bölgələrində olduğu kimi, Ağcabədi rayonunda da inkişaf yüksək səviyyədə gedir. Son illər Ağcabədi rayonunda aparılan yenidən qurma işləri və abadlıqlar, yaşıllaşdırma işlərinin genişləndirilməsi rayonun daha da inkişaf etməsinə təkan vermişdir.
Hesabat yığıncağında 350 nəfər iştirak etmişdir .