Şriftin ölçüsü :

Saytın rəngi :

“Təbiəti görmək istədiyimiz kimi qoruyaq!” marafonu keçirilir

16 aprel 2015 | 10:00

Ağcabədi rayon İcra Hakimiyyətinin dəstəyi ilə Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ Regional ofisi , Rayon Təhsil  Şöbəsi  ilə birgə “Təbiəti görmək istədiyimiz kimi qoruyaq!” adlı ekoloji marafona start vermişdir.
Marafonun keçirilməsində əsas məqsəd ekoloji tarazlığının bərpasına və ekoloji mühitin sağlamlaşdırılmasına töhvə vermək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etməkdən ibarətdir.
2 gün davam edən aksiya çərçivəsində 80-dən çox quş yuvası düzəldilərək, rayonun mərkəzi Heydər Əliyev prospektindəki müxtəlif dirəklərə asılmışdır.
Marafon çərçivəsində gənclər üçün təcrübəli ekspertlər tərəfindən "Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi qaydaları" haqqında  məruzələr edilmiş, onların ekoloji təfəkkürün formalaşdırılmasına yönəlmiş maarifləndirmə  sessiyaları keçirilmişdir.

Keçidlər