Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Pedaqoji Kollecində 31 Mart Soyqırımının qurbanları yad edildi

31 mart 2015 | 10:00

31 mart  Azərbaycanlıların soyqırımı ilə bağlı Ağcabədi Pedaqoji Kollecində  tədbir keçirilmişdir. Tədbiri Kollecin direktoru Mirələm İbrahimli açdıqdan sonra Soyqırım zamanı  qətlə yetirilmiş  soydaşlarımızın xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.Ağcabədi Pedaqoji Kollecinin tarix müəllimi Əliyev Bəxtiyar  məruzə ilə çıxış etdikdən sonra Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ Regional ofisinin rəhbəri Radə Telmanqızı,Kollecin müəllimləri Şirxan Aranlı,Rövşən Bayramov zaman-zaman ermənilər tərəfindən törədilmiş faciələr barədə ətraflı məlumat verdilər.
Tədbirdə iştirak edən kollecin tələbələri  Sübhan Məmmədov,Günel Əliyeva və Salatın Səmədova diskusiya şəklində fikirlərini bölüşdülər.
Tədbirin sonunda Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırıma həsr edilmiş film-slayd nümayiş etdirildi.

Keçidlər