04 aprel 2015-ci il tarixində Ağcabədi rayon Heydər Əliyev Mərkəzində növbəti təntənəli nigah mərasimi keçirilmişdi.
04 aprel 2015-ci il tarixində Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Ağcabədi rayon Aşağı Avşar kənd sakini 01.08.1992-cı il təvəllüdlü Rüstəmov Cavid Füzuli oğlu ilə Ağcabədi rayon Aşağı Avşar kənd sakini 02.02.1996-cı il təvəllüdlü Quliyeva Xəyalə Salman qızının nigah mərasimi keçirilmişdir.
İlk öncə ailə quran gənc cütlük Ağcabədi Rayon Heydər Əliyev Meydanında Ulu Öndər Heydər Əliyevin əzəmətli abidəsini ziyarət etmiş, önünə tər çiçək dəstələri qoymuş və onun əziz xatirəsini yad etmişlər.
Daha sonra gənclərin nigaha daxil olma mərasimi Heydər Əliyev Mərkəzində davam etdirilmişdir. Nigahdan sonra gənc ailəyə qiymətli hədiyyə təqdim olunmuş və onlara ömür boyu sürən xoşbəxtlik arzulanmışdır.
Yekunda yeni ailə quran gənclərlə xatirə fotosu çəkilmişdir.