Ağcabədi Rayon Heydər Əliyev Mərkəzində “31 Mart Azərbaycanlıların Soyqırımı günüdür” başlığı altında dəyirmi masanın keçirilmişdir.
31 Mart 2015-ci il tarixdə Ağcabədi rayon Gənclər və İdman idarəsi, Heydər Əliyev Mərkəzi və Heydər Əliyev siyasi irsinin öyrənilməsi və təbliği qrupu ilə birlikdə “31 Mart Azərbaycanlıların Soyqırımı günüdür” başlığı altında dəyirmi masanın keçirilməsini təşkil etmişdir.
Dəyirmi masada rayon Gənclər və İdman idarəsinin rəis müavini, Heydər Əliyev siyasi irsinin öyrənilməsi və təbliği qrupunun rəhbəri Eldəniz Qənbərov çıxış edərək Azərbaycan torpaqları hesabına dövlət quran ermənilərin tarixin bütün mərhələlərində xalqımıza qarşı insanlığa yaraşmayan qanlı əməlləri ilə yadda qaldığını, 1918-ci ilin soyqırım siyasətinin ermənilərin xalqımıza qarşı törətdikləri ən qanlı cinayət olduğunu və 1998-ci ilin mart ayının 26-da ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmış “Azərbaycanlıların Soyqırımı haqqında” fərmanla bu faciəyə ilk siyasi qiymətin verilməsini məktəblilərin, gənclərin bir daha diqqətinə çatdırmışdır.
Dəyirmi masada, məktəblərdə fəaliyyət göstərən Heydər Əliyev irsinin öyrənilməsi və təbliği qrupunun üzvləri və gənclər iştirak etmişdir.