Ağcabədi rayonunda növbəti ağacəkmə aksiyası keçirildi
Heydər Əliyev Fondunun vitse-prezidenti, “İDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində, 28 .03.2015 –ci il tarixdə Ağcabədi rayonunda növbəti ağacəkmə və yaşıllaşdırma aksiyası keçirildi.
“Ümumrespublika Yaşıllaşdırma Marafonu” çərçivəsində keçirilən tədbirdə Rayon İcra Hakimiyyəti Başçısı və aparatın əməkdaşları, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri, xüsusilə, gənclər yüksək fəallıq nümayiş etdirərək bu nəcib aksiyada böyük həvəslə iştirak etdilər.Aksiya zamanı ərazidə biomüxtəlifliyin artırılması və floranın zənginləşdirilməsi üçün 2430 –dan çox ağac əkildi.Ağcabədi rayonunun ayrı-ayrı ərazilərində keçirilən aksiyalarda sakinlər də fəal iştirak etdilər.