Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə ibtidai sinif şagirdləri üçün Novruz şənliyi keçirildi

25 mart 2015 | 11:00

25 mart 2015-ci il tarixində Ağcabədi Rayon İcra Hakimiyyəti tərəfindən Heydər Əliyev Meydanında Novruz bayramı münasibətilə Ağcabədi şəhər tam orta məktəbin ibtidai siniflərinin şagirdləri üçün geniş bayram proqramı təşkil edilib.Tədbiri giriş sözu ilə açan Rayon Təhsil Şöbəsinin müdiri Mehdi  Əhmədov şagirdləri təbrik edərək onlara bol –bol nailiyətlər arzulamışdır. Proqram sonradan uşaqların ifasında maraqlı musiqi ,teatr və rəqs nömrələri ilə davam etmişdir. Tədbirə kosa və keçəlin faytonda meydana gəlməsi ibtidai sinif şagirdlərinin çöhrələrinə xoş bahar arzulu bayram şənliyinə coşğun bir abu – hava gətirdi. Sonda tədbir uşaqların ifasında maraqlı musiqi və rəqs nömrələri ilə yekunlaşdı.

Keçidlər