Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə “İlaxır Çərşənbə” qeyd edildi

17 mart 2015 | 11:00

Ağcabədi rayon İcra Hamiyyəti ,GTM Qarabağ ofisinin əməkdaşlığı ilə Ağcabədi rayon Cəmil Quliyev adına Təzəkən kənd tam orta məktəbində “İlaxır çərşənbə” qeyd edildi.Rayon Təhsil şöbəsinin,YAP Ağcabədi rayon Qadınlar Şurasının üzvləri,kənd sakinləri, bələdiyyə üzvləri, ağsaqqalların, məktəbin şagirdlərinin iştirakı ilə keçirilən bayram tədbirində süfrə açılıb, xonçalar düzülüb. Tədbirdə çıxış edən GTM Qarabağ ofisinin rəhbəri Radə Telmanqızı təbriklərini çatdırıb, sakinlərə  xoşbəxtlik və ruzi-bərəkət arzulayaraq,milli-mənəvi dəyərlərimizin qorunmasına göstərilən diqqətdən söhbət açıb. Məktəblilərin ifasında maraqlı səhnələri, şeir və mahnıları, həmçinin rəqslər,idman nömrələri  maraqla qarşılanıb. Kosa və keçəlin bayram tədbirini qatılması şənliyi daha da yadda qalan edib. Sonra bayram tonqalı qalanıb, tədbir iştirakçıları tonqal ətrafında yallı gediblər.

Keçidlər