Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda yerləşən hərbi hissələrdə Novruz bayramı münasibətilə tədbirlər keçirilmişdir

17 mart 2015 | 11:00

Martın 17-də Ağcabədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayondakı “N” saylı hərbi hissələrdə Novruz Bayramı münasibətilə tədbirlər keçirilmişdir.
Çıxış edənlər  zabit, gizir və əsgərləri Novruz bayramı münasibətilə təbrik etmiş, əsgərlərə cansağlığı arzulamış, onlara Vətənə sədaqətlə xidmət etməyi tövsiyə etmişlər.,daha sonra
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrə, xüsusi diqqət və qayğısından, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması, maddi-texniki bazasının gücləndirilməsi istiqamətində gördüyü işlərdən  danışmışlar.
Çıxış edənlər Prezident İlham Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ölkə əhalisinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində atdığı
addımlardan söz açmışlar.
Sonra əsgərlərə bayramı sovqatı və digər hədiyyələr paylanmışdır.Tədbir rayon Mədəniyyət və Turizm şöbəsinin hazırladığı  müsiqi proqramı ilə davam etmişdir.

Keçidlər