Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilmişdir.

16 mart 2015 | 11:00

Bu gün Novruz bayramı münasibətilə Ağcabədi şəhər mərkəzi stadionunun  ərazisində   kənd təsərrüfatı məhsullarının  satış yarmarkası keçirilmişdir. Satışa əhalinin təlabatına uyğun olaraq 26 ton kənd təsərrüfatı məhsulları satışa çıxarılıb. Bayram yarmarkası səhər saat  08:30-dan başlayıb. Rayon  sakinləri bayram bazarlığını yarmarkadan edib. Qiymətlər bazar qiymətindən fərqli olaraq 20-25 faiz ucuz olub.
Yarmarkada rayonun ərazisində fəaliyyət göstərən istehsal sahələri, fərdi fermerlərin və digər ticarətlə məşğul olan sahibkarlar məhsullarını satışa çıxarmışlar. Bayram yarmarkasına "Atena" MMC süd məhsulları kombinatının, "BMS AQRO" MMC Südlük keçi və qoyun təsərrüfatı və kənd təsərrüfatı istehsalı ilə məşğul olan fərdi sahibkarlar qatılıb. Qiymətlərin ucuz  olması sakinlərin də ürəyincə olub. Satış yarmarkasının keçirilməsində əsas məqsəd isə bayramqabağı əhalinin keyfiyyətli məhsullarla təmin etmək bazarlarda süni qiymət artımının qarşısını almaq olub.

Keçidlər