Şriftin ölçüsü :

Saytın rəngi :

Salmanbəyli kəndində Novruz çərşənbəsi qeyd edildi.

12 mart 2015 | 11:00

16 mart 2015-cü il tarixində Ağcabədi rayonu,Salmanbəyli kənd tam orta məktəbində xalqımızın milli bayramı olan Novruz bayramı  böyük təntənə ilə qeyd olunmuşdur. Tədbirdə  bayram süfrələri qədim adət-ənənələrə uyğun təşkil olunmuş, məişət səhnələri hamının marağına səbəb olmuşdur.
Tədbirdə rayon İcra Hakimiyyəti Başçısının müavini,ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva tədbir iştirakçılarını təbrik etmiş və qeyd etmişdir ki, xalqımızın milli bayramı olan Novruz bayramı Azərbaycan xalqının gələcəyə inam hissini, ürək açıqlığını, qonaqsevərliyini, ünsiyyət, mehribançılıq və dostluq duyğularını özündə toplamışdır.
Tədbirdə Novruzun simvolu olan Bahar qızın, Kosa və Keçəlin gəlişi hamıya sevinc bəxş etmişdir.

Keçidlər