Ağcabədi rayonu Şənlik və Nəcəfqulubəyli kəndlərində mavi yanacağın verilməsi ilə əlaqədar açılış olmuşdur
24 dekabr 2012 - ci il tarixdə saat 10:00 –da Ağcabədi rayonu Şənlik və Nəcəfqulubəyli kəndlərində mavi yanacağın verilməsi ilə əlaqədar açılış olmuşdur.
Tədbirdə Azəriqaz İstehsalat Birliyinin İctimai Əlaqələr şöbəsinin rəisi Araz Ağayev və Azəriqaz Tikinti Departamentinin rəis müavini Fuad Şükürov iştirak etmişdir.
Tədbiri Ağcabədi Qaz İstismarı Sahəsinin rəisi əvəzi Novruz Bayramov açmış və qeyd etmişdir ki, hal-hazırda Azərbaycanın bütün bölgələrində olduğu kimi Ağcabədi rayonunda da inkişaf yüksək səviyyədə gedir. Əhalinin həyat şəraitinin yüksəldilməsi üçün dövlətimiz tərəfindən xeyli işlər görülür.
Bunun da bariz nümunəsidir ki, bu gün Şənlik və Nəcəfqulubəyli kəndlərinə təbii qazın verilməsi təmin olunmuşdur. Hər iki kəndin bütün əhalisinin mavi yanacaq ilə təmin olunması bütün regionlarımızda dövlətimiz tərəfindən həyata keçirilən modern inkişaf və müasirləşmə imkanlarının sübutudur. Bunun üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına və rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədova minnətdarlığımızı bildiririk.
Tədbirdə çıxış edən Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov bildirmişdir ki, son illərdə Respublikamızda, eləcə də rayonumuzda Dövlət qayğısının nəticəsi olaraq əhalinin həyat şəraitinin yaxşılaşdırılması baxımından, problemlərinin aradan qaldırılması üçün xeyli işlər görülmüşdür.
Çıxışının sonunda Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına diddət və qayğıya görə rayon əhalisi və öz adından minnətdarlığını bildirmişdir.
Tədbirdə Şənlik və Nəcəfqulubəyli kəndlərinin ağsaqqalları və ziyalıları çıxış edərək göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına və rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədova minnətdarlıqlarını bildirmişlər.
Tədbirdə 800 nəfər iştirak etmişdir .