Şriftin ölçüsü :

Saytın rəngi :

“Qadınlarsız bir gün”

07 mart 2015 | 11:00
                           Gənclər üçün Təhsil Mərkəzi

 

7 mart 2015-ci il

Bakı şəhəri

 

 

 

 

“Qadınlarsız bir  gün”

7mart 2015-ci il tarixində Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ Regional Ofisi Ağcabədi  rayonunda oğlanların iştirakı ilə “Qadınlarsız bir  gün” adlı viktorina keçirmişdir.

Elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan, habelə bir çox ictimai təşkilatlara rəhbərlik edən qadınların da iştirak etdiyi tədbiri  giriş sözü ilə açan Ağcabədi  rayon İcra Hakimiyyəti başçısının müavini  Naibə Mustafayeva  tədbir iştirakçılarını  salamlamış, Azərbaycan qadınının daima  hünər və cəsarət  simvolu kimi  tarixə düşdüyünü qeyd etmişdir. Daha sonra  Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ regional ofisinin rəhbəri Radə Qafarova regionda xanımların ictimai  fəallığından söhbət açmış, müharibə gedən şəraitdə, cəbhə bölgəsində  hər bir xanımın düşmən qarşısında bir sipər, öz həyat yoldaşının silahdaşı olduğunu vurğulamışdır.

Tədbirdə iştirak edən Ağcabədi şəhər 1saylı,3 saylı,4 saylı,7saylı və 12 saylı tam orta məktəblərin gənc bəyləri  xanımlar üçün  müxtəlif növ yemək çeşidləri  hazırlamışlar.

 

Mətbuat Xidməti

 

 

Keçidlər