8 Mart Beynəlxalq Qadınlar Günü
7 mart 2015-ci il tarixdə Ağcabədi rayonunda Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təntənəli yığıncaq keçirilmişdir. Yığıncaqda rayonun qadın ictimaiyyətinin 500 nəfərə qədər nümayəndəsi iştirak etmişdir. Qadın ictimaiyyətinin nümayəndələri Ulu Öndərin abidəsi önünə gül dəstələri düzmüşlər.
Toplantıda çıxış edən Rayon İcra hakimiyyətinin başçısı cənab Şahin Məmmədov 8 mart qadınlar bayramı münasibətilə iştirakçıları və onların şəxsində rayonun bütün qadınlarını təbrik etmişdir. Natiq son illər ölkəmizdə və rayonumuzda qadınlara göstərilən yüksək diqqət və qayğıdan danışmış, onların ictimai-siyasi fəallığını, rayonun sosial-iqtisadi və mədəni həyatında rolunu yüksək dəyərləndirmişdir.Rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınlar fəxri fərmanla təltif olunmuşdur.
Tədbir bədii hissə ilə davam etmişdir.