Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində nikah mərasimi keçirilmişdir

04 mart 2015 | 11:00

O4 mart 2015-ci il tarixi saat 12:00 –da Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Ağcabədi rayonu Xocavənd kənd sakini 1988- ci il təvəllüdlü Mamedov Pərviz Şükür oğlu ilə, İsmayıllı rayonu Tağlabiyan kənd sakini 1994-cü il təvəllüdlü Mustafazadə Ramella Səhrab qızının nikah mərasimi keçirilmişdir
İlk öncə ailə quran gənc cütlük Rayon Heydər Əliyev meydanında Ulu Öndər Heydər Əliyevin əzəmətli abisəinin ziyarət etmiş, önünə tər – çiçək dəstələri qoymuş və Onun əziz xatirəsini yad etmişlər.
Daha sonra gənclərin nikaha daxilolma mərasimi Heydər Əliyev Mərkəzində davam etdirilmişdir. Nikahdan sonra gənc ailəyə Rayon Heydər Əliyev Mərkəzi tərəfindən qiymətli hədiyyə təqdim olunmuş və onlara ömürboyu sürən xoşbəxtlik arzulanmışdır. Yeni ailə quran gənclərə 2015-ci və gələn xoş illərdə möhkəm ailə təməli,sağlamlıq, xoş güzaran arzulayırıq.
Yekunda yeni ailə quran gənclərlə xatirə fotosu çəkilmişdir.
Gənclərin xoşbəxt günü ( AZpress.AZ) -ın Fotomüxbiri:
Mais Amin tərəfindən foto yaddaşa köçrülmüşdü.

Keçidlər